Qəzzanın şimalında fəlakətli vəziyyət yaranıb
“Qəzza zolağının şimalındakı tibb müəssisələrinin ətrafında və içərisində döyüşlər onun sakinlərini lazımi yardımdan məhrum edir və anklavda fəlakətli vəziyyət yaranıb”.
“Paralel.az ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, ciddi dərman çatışmazlığı insanları həyati xilasedici qayğıdan məhrum edir: “Qəzza Səhiyyə Nazirliyi bizə deyir ki, Kamal Advan xəstəxanasının mühasirəsi başa çatıb, lakin bu, çox baha başa gəlib. 44 kişi işçinin saxlanmasından sonra tibbi yardıma çox ehtiyacı olan 200-ə yaxın xəstəyə qulluq etmək üçün yalnız qadın işçilər, xəstəxana direktoru və bir kişi həkim qalıb.
Mühasirə zamanı xəstəxana obyektlərinin və tibbi ləvazimatların zədələnməsi və ya məhv olması barədə xəbərlər təəssüf doğurur. Qəzza zolağında bütün səhiyyə sistemi bir ildən artıqdır ki, hücuma məruz qalır”.