Gimnastlarımız iki qızıl medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.
Bu barədə Paralel.az a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.
Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.