54 milyon manatlıq "Yeni Şamaxı Hotel Company" məhkəməlik olub - Cərimələnə bilər

54 milyon manatlıq
 

"Yeni Şamaxı Hotel Company" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub. 

Paralel.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb. 

Məhkəmə prosesi Şamaxı Rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə baş tutacaq. 

Bildirək ki, Yeni Şamaxı Hotel Company MMC-nin qanuni təmsilçi Süleyman Məmmədov Yaşar   Oğlu, nizamnamə kapitalı 53 milyon  948 min 112 manatdır (53948112.74 AZN). (32gun.az)

Nilay 

0.015374898910522