Leonardo Di Kaprio səs verəcəyi namizədi açıqladı

Leonardo Di Kaprio səs verəcəyi namizədi açıqladı
 

Leonardo Di Kaprio kimə səs verəcəyini açıqlayıb

Paralel.az xəbər verir ki, amerikalı aktyor Leonardo Di Kaprio noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcəyini açıqlayıb.

Dünya şöhrətli Oskarlı aktyor Leonardo Di Kaprio bu barədə öz instaqram hesabında yazıb.

Yazısında iqlim dəyişikliyinə diqqət çəkən Di Kaprio bildirib ki, iqlim dəyişikliyi dünyanı öldürür və iqtisadiyyatı məhv edir. "İqtisadiyyatımızı, planetimizi və özümüzü xilas etmək üçün cəsarətli addım atmalıyıq. Ona görə də Kamala Harrisə səs verirəm", o qeyd edib.

 

 

0.02294397354126