Aynişan Quliyeva: "Mahnının səsindən maşının içi silkələnir..."
Tanınmış bloger Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Paralel.az baku.ws-ə istinadən xəbər verir ki, o paytaxtın tıxaclı yollarından və tıxacdakı avtomobillərdən gələn yüksək musiqi səsindən şikayətlənib.
Aynişan bunu əks etdirən foto və videonu instaqram izləyiciləri ilə bölüşərək narazılıq edib:
"Olan-qalan əsəblərimiz bu tıxaclarda məhv olur. Tıxac Dj-i... Onsuz da gərginik. Bir də sənin bu mahnıların başımızı aparır. Niyə bu qədər musiqiyə səs verirlər? Mahnının səsindən maşının içi silkələnir... Sadəcə dəhşətdir".