Dolmenlər - Daş sinlər- Ailəvi və Kütləvi məzarlar - FOTOLAR 

Dolmenlər - Daş sinlər- Ailəvi və Kütləvi məzarlar - FOTOLAR 
 

Dolmenlər Şimali Qafqazda çox qədim daş dövrü abidələri sayılır. Nədənsə o insan topluluqları ölənləri torpağa basdırmaq yerinə belə bir üsul seçmişlər. Dord divarı, yeri və üstü çox nəhəng, qalın tava dalarla quruluan bu qeyri-adi məzar otaqlarlarının tikənlərin gücü, bacarığı da adamı təəccübləndirir, heyrətləndirir. Bəzi məzarların daşları 3 x 4, 3 x 5 və daha artıqdır. Görünür o çağın adamları ölənləri yırtıcı heyvanlardan qorumaq üçün belə bir qeyri-adi tədbir görmüşlər. Daşların çox böyük seçilməsinə səbəb böyük ehtimal ki, ayılara qarşı tədbir olub.

Buna bənzər, ancaq başqa məzmunlu, məqsədli qəbirləri mən Abşeronun Qala kəndində də görmüşəm. Bu qəbirlər çox da nəhəng daşlarla qurulmasa da dəqiq kəsilmiş xeyli iri, qalın tava daşlardan düzəlib. Bu dəfn üslubunun məqsədi isə tam ayrı idi. Bu taxçalı məzarlarda həcc ziyarətinə gedə bilməyib ölənlərin sümüklərinin Məkkəyə gedənlər vasitəsi ilə göndərilməsini vəsiyyət edən adamların cəsədlərini saxlayırdılar. Təbii ki, yerin üstündə, açıq havada olan bu qəbirlərdən çevrəyə güclü üfunət yayılırdı. Ancaq buna baxmayaraq bu adət günümüzə qədər davam etdi.

Müəllif: Tələt Mərdi - Həqq 

Paralel.az 

0.03643012046814