Totti yenidən futbola qayıdır

Totti yenidən futbola qayıdır
 

48 yaşlı Françesko Totti yenidən futbola qayıda bilər.

Paralel.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.

"Həyatda heç vaxt "heç vaxt" deməməlisən. Keçmişdə elə futbolçular var ki, karyerasını başa vurduqdan uzun illər sonra geri qayıdıblar. A Seriyasında oynamaq üçün çox yaxşı məşq etməliyəm. Bu yaxınlarda A Seriyasının bəzi klubları mənimlə əlaqə saxladılar. Bu, bir ay əvvəl baş verdi. Mən də futbola qayıtmaq üçün iki aya hazır olacağam", - Totti bildirib.

Qeyd edək ki, Françesko Totti 2017-ci ildə futbolçu karyerasını başa vurmuşdu.

 

0.052302837371826