Azərbaycan xaricdən 2 min dollara 20 dəvə və biri 16 dollara 8 min 22 arı alıb
Xaricdən 1 ədəd arı 16 dollardan olmaqla (27,8 manata) 8 MİN 22 ədəd arı alınıb
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 61 min 640 ədəd arı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan 1 ədəd arının orta gömrük dəyəri 3 dollar (5,10 manat) olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə xaricdən 1 ədədi 16 dollardan (27,8 manat) 8 min 22 ədəd arı idxal edilib.
Bu ilin ilk 8 ayı ərzində isə Qazaxıstandan Azərbaycana 20 baş dəvə gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir baş dəvənin orta gömrük dəyəri 1,8 min dollar (3 min 50 manat) olub.
Paralel.az