Markus Siseronun cəmiyyət teoremi
1. Yoxsul işləyər.
2. Varlı istismar edər.
3. Mükəlləf -- o dövrdə vergi ödəyəməyə məcbur edilən cavabdeh, borclu kimsələr onlar üçün pul ödəyər.
4. Avara üçünün yerinə istirahət edər.
5. Əyyaş dördünün əvəzinə içər.
6. Bankir beşini də dələduzluqla aldadar.
7. Vəkil altısını da müdafiə adı ilə aldadar.
8. Həkim yeddisini də öldürər.
9. Qəbirqazan, keşiş, molla hamını basdırar.
10. İribuynuzlu siyasətçilər və din dəllalları onların hamısının hesabına firavan yaşayarlar.
11. Əskər onların hamısını canı, həyatı bahasına qoruyar.
-----------------------------------------------------
Miladdan öncə 106-cı ildə dünyaya gələn latın əsilli Romalı Markus Tullius Siseron dövlət adamı, mütəfəkkir, xətib - natiq, hüquqşünas, siyasi nəzəriyyəçi və yazar olub. M.ö. 43 də 63 yaşında vəfat edib.
Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olub. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır.
O, elmiləri nəzəriyyə baxımından dəqiqliyə bağlamaq yerinə ehtimal nəzəriyyəsini izləməyi seçib, ancaq əxlaq sahəsində təcrübəyə əsaslanan fikrə müsbət münasibət göstərib. O, həm də fələsfi baxımdan Sokrata yönəlib və fəlsəfənin inkişafında dəyərli tövhələr verib.
"Siseron Teoremı" cəmiyyətin strukturunu müşahidə edən bir teoremdir və gördüyümüz kimi 2000 ildən çoxdur ki, demək olar heç dəyişiklik olmayıb. Bu teorem artıq teorem olmaqdan çıxıb aksioma olub.
Müəllif: Tələt Mərdi - Həqq
Paralel.az