Qurumdan vətəndaşa: Onları məhkəməyə verin!
İnternet provayderlərin qiymətləri artırmasından sonra keyfiyyətdə dəyişiklik olmadığını deyən paytaxt sakini Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidmətinə məktub ünvanlayıb.
Paralel.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rauf Qarayev yazıb. O bildirib ki, Dövlət Xidməti “Aztelekom”un qanunvericiliyin tələbələrini pozması ilə bağlı şikayətinə görə ona məhkəməyə müraciət etməyi tövsiyə edib:
“İnternetin qiymətinin qalxması ilə əlaqədar çarəsiz qalan Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi 18 oktyabr 2024-cü il tarixli məktubunda tövsiyə edir ki, provayderləri məhkəməyə verin. Sual olunur, bu qurum nəyə lazımdır? Axı bütün detallar qeyd olunub ki, qanunvericiliyin hansı maddələri pozulub, verilən sürət 1 otaqdan kənara çıxmır, əlavə avadanlığın və sürətin yayılması üçün qoşulan routora görə, provayderlər vətəndaşa hədə biçir”.
Məktubda həmçinin qeyd olunub ki, sözügedən məsələ ilə bağlı müvafiq bazarda Azərbaycan Respublikasının Rəqabət Məcəllləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb və araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Səfurə