Hindistanda qayadan yonulmuş məbəd 

Hindistanda qayadan yonulmuş məbəd 
 

İddiaya görə əsasən Hindistanda eləcə də dünyanın bəzi yerlərində bütüöv qaya-daş süxurundan bütöv yonulmuş belə dini məbədlər çoxdur. Bu doğrudursa, bu işlər artıq memar-tikinti işi yox heykəltəraşlıqdır. Hər biri hissələrə bölünərək ayrıca şablonlama üsulu ilə yonmağın özü çox çətin olan mürəkkəb detallarla dolu nəhəng bir binanın bütün hissələrini sal qaya suxurundan kompüter-lazer printeri kimi yonub-çıxartmaq, binanın otaqlarını oymaq, arakəsmə divarların qalınlığını düzgün müəyyən edib saxlamaq ağlasığmazdır.

Görünür bu üslubu təkcə binanın əbədilik dözməsi üçün yox, həm də allah xofunu insanlara daha şiddətli yeritmək üçün edirdilər. Yəni qoy buna baxan düşünsün ki, bu işi insan görə bilməz, deməli bu nəhəngi, bu gözəlliyi şübhəsiz tanrı yaradıb.

Dünyadakı bu cür bir-sıra memarlıq, mühəndislik abidələrinə, cürbəcür ehramlara, məbədlərə, saraylara, körpülərə, yeraltı şəhərlərə, kəhrizlərə, su kanalları və sairələrə baxanda bu qənaətə gəlirsən ki, onları yaradanların sanki elektriklə işləyən çox güclü kəsiciləri, frezləri, mişarları, lazer ölçmə və kəsmə avadanlıqları, maqnit-oriyentirləmə -- yön tapma, səviyyə ölçmə cihazları, qazıcı, qaldırıcı, daşıyıcı maşınları olub.

Dünya boyu zaman-zaman min cür səbəblərdən çoxlu qiymətli kitablar məhv olub, müharibələrdə kəndlər, şəhərlər kimi çoxlu kitabxnaları da yandırıb məhv ediblər. Çox böyük ehtimalla İskəndəriyyə kitabxanasını yırtıcı ərəblər yandıranda, o zamana qədər bəşəriyyətin əldə etdiyi çox qiymətli elmlər kimi, o ehramların, eləcə də yer üzündəki çox möcüzəli tikililərin memarlıq, mühəndislik bilgiləri də yanıb gedib. İstifadə etdikləri qaldırıcı, daşıyıcı, kəsici texnoloji vasitələr də uzun zaman əzində aşınıb, yox olub getdilər.

Müəllif: Tələt Mərdi-Həqq 

Paralel.az 

0.10860705375671