Müğənni qızından danışdı - "Narkotik istifadəçisidir"

Müğənni qızından danışdı -
 

Müğənni Umut Akyürek sosial media hesabında izləyicilərinə müraciət edib.

Paralel.az bildirir ki, ifaçı 19 yaşlı qızı Melek Balın narkotik istifadəçisi olduğunu bildirərək kömək istəyib:

"Bilirsiniz ki, mənim qızımla bəzi problemlərim var. Bir proqramda onun psixoloji pozuntuları olduğunu demişdim. Əslində məsələnin ölçüləri çox fərqlidir, çünki o da narkotikdən istifadə edir. Təbii ki, şüurlu deyil, amma az qala ölüm həddinə çatır. Psixolji pozuntusuna görə özünü idarə edə bilmədiyi üçün də məsələ hər cəhətdən dəhşətli yerə çatıb. O, iki dəfə atasına hücum edib, məni də döyüb".

0.013853073120117