"Bu gün qadınların 80 faizi Təranə kimi düşünür"

 

"Pislik sözü Təranənin mənə etdiklərinin yanında çox yüngül qalır. O, mənə təkcə pislik etməyib, zülm verib. Ona görə ölkədən qaçmışdım. Gedib İstanbulda yaşadım. Niyə? Çünki məni hər yerdən vururdular. Sanki top atəşinə tutmuşdular. Bir günün içində 8 toyum əlimdən çıxmışdı. Onun mənə etdiyi pisliklərin misli bərabəri yoxdur".

Paralel.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Həftənin qonağı" verilişində deyib. İfaçı keçmiş həyat yoldaşı, illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı bu fikirləri səsləndirib:

"Mən onun başına gələnləri Allahdan istəmişdim. O, məni hər vuranda, göz yaşı tökəndə bunu istəmişdim. Bəs, mənim ah-naləm yoxdur? Məhkəməyə verirdim, cərimləyirdilər, yeni birini edirdi. Onunla bacarmırdım. Ona görə Allaha həvalə edirdim. Allaha deyirdim ki, Təranəni mənə möhtac elə. Məhkəyə gedən də Allahdan bunu istəmişdim. Gör, mənə nələr etmisən ki, o cür yerdə sənin adını bu cür tutmuşam. Mənə həyatda ona layiq olduğundan çox hörmət etdim. Ona gəlinlik geyindirdim. Hamıya qarşı çıxdım, onlarla dava etdim. Anamı, atamı gözüyaşlı qoydum. Dedim ki, yox, ancaq Təranə. 1200 nəfər var idi toyumuzda. Nə oldu? 3 gün sonra boşanırdıq. Məqsəd nə idi? Mən ərə getdim, boşandım. Bu gün qadınların 80 faizinin düşüncəsi budur. Ərə gedim, boşanım. 

Aramızda sevgidən də əlavə 6 il yarımlıq münasibət var idi. Onun 5 ilini belə, qalanı isə evli olmuşuq. Gördüm, mən onunla bacarmıram. Araya artıq polislər qarışırdı. Təranə mənə deyirdi ki, səni məhv edəcəyəm. Bu da nəticə. Allah göydən baxır. O, mənə zəng edib ağlayanda həyat yoldaşım xahiş etdi ki, heç kimi yoxdur, yanına get. Yenə də gedəcəyəm. Elə rahat oluram, gedəndə, çünki bunu Allahdan istəmişdim". 

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.(Axşam.az)

 

0.016289949417114