Məşhur futbolçu azarkeşin köynəyini oğurladı, kameraya düşdü

Məşhur futbolçu azarkeşin köynəyini oğurladı, kameraya düşdü
 

Azarkeş futbolçu Naniyə futbolka oğurladığına görə şikayət edib

Portuqaliya millisinin sabiq futbolçusu Nani azarkeşin futbolkasını oğurlayıb. 

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə bir fanat "Reddit"də məlumat verib.

Azarkeş 236 avroya Portuqaliya millisinin Naninin adı olan köynəyini alıb. Bundan sonra futbolçudan avtoqraf almağa çalışıb. Futbolçu köynəyi imzalayıb, maşının ön oturacağına yerləşdirib və oradan uzaqlaşıb.

Nani bunun AVRO-2016-nın yarımfinalından oğurlanmış köynəyi olduğunu düşünsə də, bu, qeyri-rəsmi surət olub.

Azarkeş futbolçunu əşyalarını oğurlamaqda ittiham edərək Naniyə qarşı polisə şikayət edib.

Qeyd edək ki, Nani 2016-cı ilin Avropa çempionu olub. 

 

0.0073070526123047