Xalq artisti bu dəfə geyimi ilə gündəmə gəlib - VİDEO
Xalq artisti Aygün Kazımova növbəti dəfə geyimi ilə gündəmə gəlib.
Paralel.az xəbər verir ki, səhnəmizin divası bu dəfə də məclisə qızıl parıltılı ətək və krop blazerlə gedib.
"Kim haradan geyinir" səhifəsi sənətçinin hər iki geyimin Aleksandra Axalkatsişvili brendinə məxsus olduğunu yazıb.
Qeyd edilib ki, blazerin qiyməti 1425 manat, ətək isə 1249 manatdır.
Xalq artistinin bu obrazı da izləyiciləri tərəfindən bəyənilib.