Dünyanın ən yaraşıqlı 10 kişisinin adları açıqlandı - FOTOLAR
Dünyadakı ən yaraşıqlı 10 kişinin adı açıqlanıb.
Paralel.az "daily mail"ə istinadla xəbər xəbər verir ki, bu siyahı qədim Yunanıstanın gözəllik meyarlarına əsaslanaraq tərtib edilib.
Belə ki, üz kosmetik cərrahı doktor Julian De Silva elmi araşdırmalara görə dünyanın ən yaraşıqlı 10 kişisini müəyyən etmək üçün Yunanıstanın gözəlliyin qızıl nisbətindən istifadə edib.
De Silva öz analizində Aaron Taylor-Consonun elmi baxımdan Yer kürəsinin ən yaraşıqlı insanı olduğu qənaətinə gəlib. O, gələcəyin Ceyms Bondu olmağa namizəd hesab olunur.
Qızıl Nisbət — 1,618 (ϕ) : 1 — əsl gözəlliyin təkzibedilməz ölçüsü olduğu deyilən qədim yunan riyazi tənliyidir və üz quruluşunuz bu rəqəmlərə nə qədər yaxınlaşsa, bir o qədər gözəlsiniz.
Odur ki, ən yaraşıqlı 10 nəfəri və onların qızıl nisbətlərini siyahısını təqdim edirik:
1. Aaron Taylor-Conson (aktyor 93.04%)
2. - Lusien Laviskunt (aktyor 92.41%)
3. Paul Meskal (aktyor 92.38%)
4. Robert Pattinson (aktyor 92.15%)
5. Cek Louden (aktyor 90.33%)
6. Corc Kluni (aktyor 89.9%)
7. Nikolas Hoult (aktyor, model 89.84%)
8. Çarlz Melton (aktyor 88.46%)
9. İdris Elba (aktyor 87.94%)
10. Şahrux Xan (aktyor 86.76%)