"O, heç vaxt bu kilsədə olmadığını dedi..." - Zaur Əliyev

 

Universitetdən Akademiyaya gələndə avtobusda bir molla ilə yanaşı oturmuşdum. Ona nəzir qutuları ilə bağlı sual verəndə, mənə kobud şəkildə "Bunu Allah bilər, Allahın evi olan məscidlərdə baş verənlər onun iradəsi ilə olur" deyə cavab verdi.

Allahı çox sevdiyim və anladığım üçün mollanın suala belə cavab verməsinə görə dedim olar sizə bir hekayə danışım. Onsuz da yolumuza var. Dedi danış:

"Qardaş, demək Avropada orta əsrlərdə kilsələrin birinə nimdaş geyimli biri ibadətə gəlməyə başlayır. Zaman keçdikcə hamını onun geyimi çox qıcıqlandırmağa başladı və baş keşişə müraciət etdilər ki, onu uzaqlaşdır burdan. İbadətdən sonra keşiş qocanı kənara çəkdi və soruşdu:

- Bizim kilsədə insanların necə geyinməli olduğunu bilirsinizmi?

- Bilirəm müqəddəs ata.

- Onda bu gecə dua edərkən Allahdan xahiş et ki, bu kilsəyə gələn insanların necə geyinməli olduğunu sənə izah etsin.

Ertəsi gün qoca eyni paltarda kilsəyə gəlir. Kahin ondan soruşur:

-Allahdan necə geyinəcəyini soruşdunmu?.

-Bəli
-Bəs Rəbb nə dedi?

- Heç bir fikri olmadığını söylədi. O, heç vaxt bu kilsədə olmadığını dedi..."

Molla düzü bilmirəm, başa düşdü ya yox, amma ilk dayanacaqda dodaq altında danışa-danışa düşdü. Yəgin məni söyürdü...

Müəllif: Zaur Əliyev, dosent 

0.018565893173218