Aquero "Barselona"nı məhkəməyə verdi
İspaniyanın “Barselona” kollektivində çıxış etmiş Serxio Aquero keçmiş klubunu məhkəməyə verib.
Paralel.az xəbər verir ki, Argentina millisinin sabiq hücumçusu kataloniyalılardan 3 milyon avro məbləğində maaşını tələb edir.
“Barselona” Aqueroya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib.
Lakin sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində problem olduğunu bildirərək ona pul köçürməkdən imtina edib.
Qeyd edək ki, Serxio Aquero “Barselona”ya 2021-ci ilin yayında keçmişdi. O, ürək probleminə görə həmin ilin dekabr ayında karyerasını bitirməli olub.