Corc qardaşının hazırkı vəziyyətindən danışdı

Corc qardaşının hazırkı vəziyyətindən danışdı
 

Aktyor Corc Qafarov qardaşı Jerard Qafarovla bağlı açıqlama verib. 

Paralel.az xəbər verir ki, OLAY-a danışan sənətçi qardaşının qaldığı evi tapdığını və onun hazırda yaxşı olduğunu bildirib:

“Hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Şükür ki, yaxşıdır. Özüm üstünə düşdüm, maraqlandım, getdim-gəldim”.

Qeyd edək ki, Jerardın bir müddətdir maddi vəziyyəti yaxşı deyil. Corc bu günlərdə qardaşını axtardığını, qaldığı yeri bilənlərin onunla əlaqə saxlamasını qeyd etmişdi.

0.016805171966553