Zibillərinin üstünü örtmək üçün elə rola girirlər - Professor 

Zibillərinin üstünü örtmək üçün elə rola girirlər - Professor 
 

İdris Abbasov

AMEA rəhbərliyi yataqxananın kif və rütubət basmış otağına bir dənə motor-hidrofor qoymur ki, su olsun. Komendat deyir, bu işə AMEA prezidenti İsa Həbibbəylinin şöbə müdiri Elton Məmmədov baxır. Elton Məmmədovun köməkçisi isə deyir ki, yataqxananın komendatı baxır...
Bu arada dosent Əli Əhmədzadə guya mənə məsləhət verib deyir: "Müəllim, görmürsünüz, ölkədə heç kim heç kimin ərizəsini oxumur?! Motorun qiyməti olsun 200-300 manat. Nəmənə şeydir ki, ona-buna ağız açıb hörmətdən düşürsünüz. Siz də o biri diribaş professorlar, şöbə müdirləri kimi tasa oturdun dissertantları. Şöbə müdirisiniz. Odur, elan veribsiniz, dissertantın müzakirəsi olacaq, atası departament sədridir. Nə qədər pul istəsəniz, verəcək. İki ilin içində ev, maşın ala bilərsiniz. Nə qədər ki, qanunu pozub pul almayacaqsan, ehtiyac içində qalacaqsan və kiçik istisnalarla bütün akademiya sənə nifrət edəcək. Elə bilirsən, haqdan, ədalətdən, millətdən, Vətəndən qıy vuran alim-professorlar təmizdirlər? Zibillərinin üstünü örtmək üçün elə rola girirlər. Yoxsa cüzi maaşla o yüz minləri haradan alırlar?! Elmi aldatma və kələk yolu ilə pul qazanmaq vasitəsinə çevirib tələbə və doktorantları aldadaraq tora salan onlar deyillərmi?!"
PS. Qaçqın statusuna malik olmadan qeyri-rəsmi qaçqın həyatı yaşamağın acılarını çox dadmışam. Müəyyən zaman intervalları istisna olmaqla, 55 yaşa qədər ömrümün çox hissəsini qeyri-rəsmi, yəni statusu olmayan qaçqın kimi yataqxanalarda, hətta dərs dediyim məktəbin zirzəmisində keçirmişəm. Çünki haqqımı elmi mühiti bazara çevirən vicdansız, rüşvətxor uşaq qatilləri, alim-akademiklər yeyiblər...

Paralel.az 

0.043512105941772