İsrail Beyruta 20-yə yaxın zərbə endirib
İsrail Müdafiə Ordusu gecə Livanın paytaxtının müxtəlif ərazilərinə 20-yə yaxın hava hücumu həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, Haret-Horeyk rayonu və Burj əl-Barajna qaçqın düşərgəsi və s. ərazilərə zərbələr endirilib. Ötən gecə Beyrutun əsasən cənub məhəllələri güclü atəşə məruz qalıb.
Livanın şimal-şərqindəki Əl-Hirmil şəhərinə də hava zərbəsi endirilib.