İsrail Tehranın raket hücumuna yaxın günlərdə cavab verəcək - İsrail mətbuatı aydınlıq gətirdi

İsrail Tehranın raket hücumuna yaxın günlərdə cavab verəcək - İsrail mətbuatı aydınlıq gətirdi
 

İsrail Tehranın raket hücumuna yaxın günlərdə cavab verəcək.

Paralel.az xəbər verir ki, bu barədə İsrailin "Walla" nəşri özəl mənbələrə istinadla məlumat yayıb.

Məlumatda İsrailin İranın neft emalı zavodlarını hədəf almağı planlaşdırdığı iddia edilib. Həmçinin İranın hava hücumundan müdafiə sistemlərinin də vurula biləcəyi qeyd olunub. Bundan əlavə, İranda yüksək rütbəli şəxslərin də öldürülməsi ehtimalının olduğu bildirilib.

Qeyd olunub ki, İranın raket hücumuna cavab aprel ayındakından daha güclü olacaq.

Xəbərdə bildirilib ki, Təl-Əviv İrana cavab məsələsində ABŞ administrasiyası ilə məsləhətləşəcək.

0.099597215652466