Dünyanın ən gözəl qadınının 60 yaşı oldu

Dünyanın ən gözəl qadınının 60 yaşı oldu
 

Aktrisa "Drakula", "Malena", "Matrix" və bir çox başqa filmlərdə rol alıb.

Sentyabrın 30-da italyan aktrisa və model Monika Belluççi yubileyini qeyd edir. "Drakula", "Malena", "Matrix" və bir çox başqa filmlərin qəhrəmanı, tanrıça sayılan Monikanın 60 yaşı tamam oldu.

Paralel.az Lent.az-a istinadla bu gözəl qadının uğur yolundan bəhs edir.

Monika Anna Maria Bellucci İtaliyanın Umbria əyalətinin Citta di Castello kəndində anadan olub. O ailəsinin yeganə övladı idi. Əvvəlcə  hüquq peşəsini seçən Monika Perugia Universitetinin Hüquq fakültəsinə daxil olduqdan sonra təhsil haqqını ödəmək üçün model kimi çalışmağa başlayır.

1988-ci ildə o, Milana köçür və Elite Model Management agentliyi ilə müqavilə imzalayır. Gözəl qızın siması tez populyarlaşır, o, mütəmadi olaraq Elle, Grazia, Vogue jurnallarının səhifələrini bəzəyir, Dolce & Gabbana, Valentino, Prada, Victoria's Secret, Hermes kimi brendlərdən dəvət alır.
Onun ingilisdilli kinosunda debütü Bram Stokerin "Drakula" (1992) filmindəki epizod oldu.

Sonrakı illərdə onun filmoqrafiyası "Şübhə altında" (1999), "Malena" (2000), "Qurd qardaşlığı" (2001) kimi əsərlərlə tamamlandı. O, "Asteriks və Obeliks: Missiya Kleopatra" (2002) filmində Kleopatra və "Matrix"in (2003) iki hissəsində Persefonu oynadı.

1990-1994-cü illərdə Belluççi fotoqraf Klaudio Karlos Basso ilə evli olub. "Mənzil"in çəkilişlərində o, Vinsent Kassellə tanış oldu. 1999-cu ildə evləndilər. Cütlüyün iki gözəl qızı var. 2013-cü ilin avqustunda Bellucci və Cassel boşandıqlarını elan etdilər. Daha sonra Monika Belluççinin rəssam Nikolas Lefebvre ilə adı hallandı.

60 yaşına az qalmış aktrisa yeni sevgi tapdı: o, iki ilə yaxındır ki, məşhur rejissor Tim Burtonla görüşür.

 

0.015929222106934