Dünyanın ən qədim şərabında təəccüblü kəşf qədim Roma ritualını otaya çıxardı - Araşdırmanın nəticələri
Bu yaxınlarda İspaniyada bir Roma məqbərəsində tapılan dünyanın ən qədim şərabında insanın yandırılmış sümükləri aşkarlanıb və bu, bölgədə birinci əsrin dəfn mərasimlərinə işıq salıb.
Paralel.az Qayanrinfo-ya istinadən xəbər verir ki, bu ilin əvvəlində arxeoloqlar Əndəlus mənşəli 2000 illik şüşə qabın içərisində qəribə mayenin tapıldığını və bunun indiyə qədər tapılan ən qədim şərab olduğunu bildiriblər. Qab 2019-cu qzılan Karmonadakı Roma məzarından tapılıb.
İndi isə tədqiqatçılar eramızın I əsrində insanın yandırılmış sümüklərinin mayeyə batırıldığını aşkar ediblər.
Arxeoloji Elmlər Jurnalında təsvir edilən maye 1867-ci ildə tapılan və eramızın IV əsrinə aid edilən Speyer şərabından əvvəl yaranıb.
Karmonanın bələdiyyə arxeoloqu Xuan Manuel Roman deyib: "Əvvəlcə biz çox təəccübləndik ki, maye dəfn qablarından birində saxlanılıb".
Mayenin həqiqətən şərab olduğunu təsdiqləmək üçün alimlər onun pH, üzvi maddələr və duz tərkibini qiymətləndirmək üçün bir sıra kimyəvi analizlər aparıblar. Daha sonra onun tərkibində olan kimyəvi maddələri müasir "Montilla-Moriles", "Jerez" və "Sanlucar" şərabları ilə müqayisə ediblər.
Mayenin həqiqətən şərab olduğunu müəyyən etmək üçün açar bütün şərablarda olan polifenol adlanan kimyəvi maddələrin kəşfi olub. Alimlər "Montilla-Moriles", "Jerez" və "Sanlucar" şərablarında da mövcud olan yeddi spesifik polifenolik birləşməni müəyyən ediblər.
Lakin qədim şərabın mənşəyini müəyyən etmək çətin məsələ olub, çünki mayeni müqayisə etmək üçün dövrə aid nümunələr yoxdur.
Bu arada, yandırılmış sümüklərin olması Roma dövründə İspaniya bölgəsində yayılmış dəfn mərasimlərinə daha çox işıq salır. Skeletin qalıqları qızıl üzüklə birlikdə şərabın içinə batırılıb. Arxeoloqların fikrincə, qalıqların insana aid olması təsadüfi deyil. Onlar izah ediblər ki, qədim Romada qadınlara "kişi içkisi" sayılan şərab içmək qadağan edilib. Qabın içindəki küllərin məzmunu dəfn mərasimlərində Roma cəmiyyətinin cinslərə bölünməsini əks etdirir.
Qəbirdən tapılan başqa bir qabda qadın qalıqları olsa da, bir damcı da şərab olmayıb. Əvəzində üç kəhrəba daş-qaş, bir şüşə paçuli ətirli ətir və ipək parça qalıqları var.
Tədqiqatçılar deyirlər ki, şərab, ətir, üzük və digər əşyalar mərhumun axirətə gedən yolda onlara ehtiyac duyacağına inamından irəli gələrək dəfn mərasimi kimi qəbirə qoyulub.