Kriştianu Ronaldu klubu ilə danışıq aparır
Kriştianu Ronaldu müqaviləsinin müddətinin uzadılması üçün Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə danışıq aparır.
Paralel.az xəbər verir ki, bu barərə məşhur insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, 39 yaşlı hücumçu 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək üçün oyun təcrübəsinə ehtiyac duyur.
Portuqaliyalı hücumçu növbəti mundialda da çıxış etsə, tarixi rekorda imza atacaq. Beləliklə, Ronaldu altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm bütün yarışlarda yeddi matçda iştirak edib, altı qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.