Bakıda olduqca maraqlı bir konfrans oldu- Məmməd Talıblı yazır...

Bakıda olduqca maraqlı bir konfrans oldu- Məmməd Talıblı yazır...
 

İki gün öncə Bakıda olduqca maraqlı bir konfrans baş tutdu.
"Nordic Talks: Skandinaviya yaşıl modeli" konfransına dəvət almışdım. Məmnuniyyətlə tədbirdə iştirak etdim.
Tədbir “Nizami” Kino Mərkəzində baş tutdu.

Tədbirlə bağlı fikirlərimi 2 dəfə yazacam. Hər iki hissə ilə bağlı fikirlərimi tədbirin əhəmiyyəti, təəsuratlarım və tədbirdən verilən mesajlarla bağlı olacaq.

Tədbir İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi və “Kitabıstan”nın təşkilatçılığı ilə baş tutmuşdu. "Kitabıstan"a xüsusi təşəkkür etməyi özümə borc bildim. Ölkəmiz üçün nümunə ola biləcək ölkələrin bu sahələrdə - sosial innovasiya, təhsil, səhiyyə, effektiv idarəetmə ilə bağlı olduqca maraqlı layihələri həyata keçirir.

"Kitabıstan"nın çap etdikləri kitabları - “Finlandiyadan 100 sosial innovasiya”, “Finlandiya tarixi”, “İsveçrə demokratiyası”, “İsveçrəliləri izləyin” hamısını maraqla oxumuşam. Onların bəzilərindən yazdığımı elmi və analitik məqalələrimdə istifadə etmişəm.
Demək istəyirəm ki, faydalı mənbələrdir. Faktalogiyaları olan, tədqiqatlara istinadən yazılmış kitablardır. Lakonik mətnlərin toplusu, düşündürücü tərəfləri ilə cəlbedicidir.

Konfransında Nordic adlandırılan 4 Skandinaviya ölkəsindən ekspertlər çıxış etdilər. Hər bir çıxışçı ölkələrinin yaşıl enerjiyə keçidin zəruriliyindən danışdılar. Karbon emissiyasının minimumlaşdırılması üçün həyata keçirdikləri tədbirlərdən miqyasına toxundular. Dünyanı narahat edən qlobal iqlim dəyişikliklərinə hazır olunması üçün ölkələrinin fəaliyyət planlarından bəhs etdilər.

Mən şəxsən bu ölkələrin enerji və sosial siyasət tezislərindən Azərbaycan üçün bəzi dərslərin çıxarılmasının vacibliyini düşündüm. Xüsusilə Norveçdən olan ekspertin ÜDM artırılması fonunda karbon emissiyasının azalmasın rəqəmləri çox düşündürücü oldu.
İsveç hökuməti də analoji korrelyasiyanı tətbiq ediblər.

Ölkə bir tərəfdən neft gəlirləri hesabına ÜDM-nin həcmini genişdirməklə, ona paralel də gələcəkdə yarana biləcək ekologiyaya atılan tullantıların risklərini effektiv sürətdə idarə edə biliblər. Paralel inkişaf istiqamətləri həyata keçirən dövlətlərdə isə adətən “eybəcər” iqtisadi artımlar olmur. Təkcə ÜDM-i genişləndirməyi yox, həm də onun genişləndirməsi fonunda gələcək təhlükələri idarə edilməsini ustalıqla bacara bilibər.
Bu da başqa bir rəzalətdir ki, Norveçin ölkəmizdə səfirliyi yoxdur...
Daha doğrusu 2018-ci ildə bağlanıb. 5 milyonluq əhalisi olan ölkənin strateji valyuta ehtiyatları 1,4 trilyon dollardır.

(ardı var)

Paralel.az 

0.017819166183472