Ukraynalı azarkeşlər ona və oğluna ölüm arzuladılar

Ukraynalı azarkeşlər ona və oğluna ölüm arzuladılar
 

Moskva CSKA-sı ilə müqavilə bağlayan bosniyalı futbolçu Miralem Pyaniç ukraynalı sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb.

Paralel.az Publika.az-a istinadən xəbər verir ki, cümə axşamı bosniyalı Moskva klubu ilə “1+1” sxemi üzrə müqavilə imzalayıb və transferi ilə bağlı “İnstaqram”da bir neçə paylaşım edib.

Ukraynadan olan istifadəçilər onların altında çoxlu mənfi – “axmaq, “kloun”, “özün də, oğlun da ölsün”, “pul iyi gəlir” kimi şərhlər yazıblar, eləcə də çoxlu təhqiramiz emoji qoyublar.

0.014477014541626