Yusuf Yazıcı "Qarabağ"ın rəqibinə transfer olunur

Yusuf Yazıcı "Qarabağ"ın rəqibinə transfer olunur
 

Hazırda azad agent olan Yusuf Yazıcı karyerasını Yunanıstanda davam etdirə bilər. 

Paralel.az Offsideplus.az-a istinadən xəbər verir ki, türk ulduz "Olimpiakos" klubuna transfer olunmağa yaxındır. Bu barədə məşhur jurnalist Nikola Skira məlumat yayıb. 27 yaşlı oyunçunun bu gün transfer danışıqları üçün Afina şəhərinə gedəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının liqa mərhələsinin 8-ci turunda yanvarın 30-da "Olimpiakos"la üz-üzə gələcək. 

0.019512891769409