Dünya çempionatı zamanı yıxılan velosipedçi öldü
Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre vəfat edib.
Paralel.az Beynəlxalq Velosiped Federasiyasının mətbuat xidmətnə istinadən xəbər verir ki, 18 yaşlı idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundial sentyabrın 29-da başa çatacaq.