Makronun impiçmentinə başlanılıb
Fransa parlamenti ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.
Paralel.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
“Milli Assambleyanın Bürosu Emmanuel Makrona qarşı impiçment prosesini təsdiqləyir. Növbəti addım Hüquq Komitəsidir”, - materialda deyilir.
İmpiçment prosedurunu qəbul etmək üçün sənəd parlamentin Hüquq Komitəsi tərəfindən təsdiq edilməlidir. Təsdiqləndikdən 13 gün ərzində Milli Məclisin gündəliyinə daxil edilməlidir.
Qeyd edək ki, Makronun impiçmentinə səbəb olan amil son parlament seçkilərində qələbə çalan solçuların baş nazir postuna irəli sürdüyü namizədi məqbul saymaması olub. Seçkilər iyulun 8-də Yeni Xalq Cəbhəsinin qələbəsi ilə başa çatıb. Sol partiyalar bloku milli assambleyada 182 yer, "Milli Birlik" olan sağçı koalisiya isə 143 yer qazanıb.
Parlamentdə çoxluq qazanan Yeni Xalq Cəbhəsi iyulun 23-də baş nazir postuna Lüsi Kastanın namizədliyini irəli sürüb və hakim partiya onun namizədliyini rədd edib.