Ermənistanı acınacaqlı tale gözləyir - Ovanesyan

Ermənistanı acınacaqlı tale gözləyir - Ovanesyan
 

Bu gün Ermənistanda siyasi meydanın susması milli faciədir.

Paralel.az xəbər verir ki, bunu erməni ekspert Vahe Ovanesyan sosial şəbəkədəki məqaləsində yazıb.

"Müstəqilliyin 33-cü ilində ölkənin hazırkı vəziyyətini və reallığını dəyişdirmək istiqamətində atılan addımların dərindən dərk edilməməsində əsas məsuliyyət də məhz bu elitanın üzərindədir.

Əgər 21 sentyabr ərəfəsində bunu qəbul etməyə cəsarətimiz çatmasa, tariximizin gedişatı indikindən daha acınacaqlı olacaq.
"Bizə dövlət lazım deyil, sülh içində yaşayaq" ictimai şəkildə dövlət üçün nekroloq kimi səslənir. Bu, qonşularımıza birbaşa siqnaldır ki, biz dövlətsiz yaşamağın əleyhinə deyilik. Erməni hakimiyyəti də demək olar ki, eyni şeyi deyir.

İbtidai elitası olan ibtidai cəmiyyətlərin amansız taleyi olur. Bu, indi Ermənistanla baş verir", - Ovanesyan qeyd edib.

 

0.041567087173462