Geomaqnit qasırğası nə vaxtadək davam edəcək?

Geomaqnit qasırğası nə vaxtadək davam edəcək?
 

Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək.

Paralel.az  xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.

Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günorta saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.

Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur.

 

0.11603784561157