İtalyan dilindən magistratura pilləsinə niyə qəbul olmayıb?

İtalyan dilindən magistratura pilləsinə niyə qəbul olmayıb?
 

Yeni tədris ilində dərslərin başlamasına 5 gün qalmış dedilər ki, italyan dilindən magistratura pilləsinə qəbul olmayıb. Səbəbini soruşdum, bilən olmadı. Azacıq araşdırma apardıqda, məlum oldu ki, italyan dilində təhsil almaq istəyən tələbələr imtahandan keçsələr də “siyahıda ixtisasın olmaması” səbəbindən sənəd verə bilməyiblər.

Hələ 2001-ci ildə bu sahədə kadr yoxluğu, vəsait çatışmazlığı şəraitində çətinliklə açılan və yarı öz əzminə, yarı təqaüd hesabına yetişən mütəxəssislərin və həmin mütəxəssislərin çox vaxt öz hesabına gətirdiyi vəsaitlərin bol olduğu bir vaxtda, bu gün, 20 ildən sonra, üstəlik İtaliya ilə ikitərəfli əməkdaşlığın inkişafı, ölkə prezidentinin İtaliya universitetləri ilə birgə layihələrə çağırılşarı fonunda italyan dili ixtisasının bağlanması kimin, “əməyi”nin nəticəsidir?!

P.s. Elə dünən üzvü olduğum italyan məzunları qrupunda belə bir elan (maraqlananlar üçün də burada qeyd etdim) gördüm: ADU-ya italyan dili müəllimi axtarılır, əsas şərt magistratura dərəcəsinin olmasıdır(?!).
Paradoksal deyilmi?

İtalyanşünas alim Günel Bayramova 

Paralel.az 

0.022104024887085