ABŞ Rusiyaya görə Alyaskaya təcili qoşun yeritdi
Rusiya və Çinin Sakit okean regionunda keçirdiyi "Okean-2024" strateji komanda-qərargah təlimi fonunda ABŞ təcili olaraq Aleut adalarına (Alyaska) silah və qoşun yeridib.
Paralel.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” məlumat yayıb.
Məlumata görə, yerləşdirilən silahlar arasında HİMARS reaktiv yaylım atəş sistemləri də var.
Qeyd edək ki, sözügedən təlimlər sentyabrın 10-da başlayıb.(Axar.az)