İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi ƏMR ETDİ

İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi ƏMR ETDİ
 

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında yerləşən Fələstinin Beyt Lahiya şəhərinin sakinləri üçün evakuasiya əmri verib.

Paralel.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, əmr Beyt Lahiyadan İsrailin Aşkelon şəhərinə iki raket atıldıqdan sonra verilib. Onlardan biri vurulub, digəri dənizə düşüb.

Xatırladaq ki, sentyabrın 15-də bölgədə hava hücumu xəbərdarlığı fonunda yer-yer tipli raket İsrailin mərkəzinə düşüb.(Publika.az)

 

0.12430000305176