Şolts Ukraynaya “Taurus” raketlərini göndərməkdən imtina edib

Şolts Ukraynaya “Taurus” raketlərini göndərməkdən imtina edib
 

Almaniya kansleri Olaf Şolz Ukraynanı Kiyev hakimiyyətinin tədarükündə israrlı olduğu uzaqmənzilli “Taurus” raketləri ilə təmin etməkdən növbəti dəfə imtina edib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Almaniya bizim nə edib etməyəcəyimizlə bağlı dəqiq qərar verib. Bu qərar dəyişməyəcək”, - nəşr kanslerin Ukraynadakı münaqişə ilə bağlı brifinqdən sonra sözlərini yazıb.

Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt qeyd edib ki, ABŞ və Böyük Britaniyanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə mümkün zərbələr barədə müzakirələri Berlinin “Taurus” raketlərinin Kiyevə ötürülməsi demək deyil. Onun sözlərinə görə, Şolts bu məsələdə mövqeyini dəyişməyib.

0.035041093826294