Türkiyənin müxalif partiyasında kütləvi istefalar olub

Türkiyənin müxalif partiyasında kütləvi istefalar olub
 

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.

Paralel.az report-a istinadən xəbər verir ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.

Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.

 

0.029273986816406