12 saata yay qışla əvəzləndi, əhaliyə xəbərdarlıq edildi - VİDEO

12 saata yay qışla əvəzləndi, əhaliyə xəbərdarlıq edildi - VİDEO
 

Avropada ötən həftə sonu 30 dərəcə ətrafında olan havanın birdən-birə 0 dərəcəyə enməsi, bəzi bölgələrdə leysan yağış və qar yağması insanların gündəlik həyatına ciddi şəkildə təsir etməkdədir.

Paralel.az xəbər verir ki, Avstriya, Çexiya, Almaniya, Macarıstan, Polşa və İtaliya kimi ölkələrdə qəfil hava dəyişikliyi səbəbiylə səlahiyyətlilər daşqın və sürüşmə kimi təbii fəlakətlərə qarşı  əhaliyə xəbərdarlıq edilib. Əhaliyə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq milli və ya beynəlxalq dəmir yollarına və avtomobil yollarına təsir göstərə biləcəyindən  planlaşdırılan səfərlərini daha sonrakı tarixlərə təxirə salınmasını tövsiyə edilib.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində Alp dağlarına qar yağıb. Verilən xəbərə görə, Alp dağlarının bəzi hissələrində  qarın hündürlüyü 1 metri keçib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq  bəzi Avropa  fövəqəladə böhran vəziyyəti elan edilib.  Yağan yağışlar nəticəsində sel daşqınlaırnın olacağı gözlənilir.

Avstriya Dəmir Yolları tərəfindən verilən açıqlamada  deyilir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq  bəzi dəmir yollarının bağlanıb. Hətta Avstriyanın Salzburq şəhərində bir çox küçələr nəqliyyata bağlanıb.  Bəzi əyalətlərdə isə elektrik enerjisi kəsilib.
 Mürtəza
Paralel.az

 

0.060283899307251