Kim Çen In bir gündə Sergey Şoyqu ilə iki dəfə görüşdü

Kim Çen In bir gündə Sergey Şoyqu ilə iki dəfə görüşdü
 

Şimali Koreya lideri Kim Çen In sentyabrın 13-də bu ölkədə səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə gün ərzində iki dəfə görüşüb.

Paralel.az xəbər verir ki, birinci görüş günün birinci yarısında, ikincisi isə axşam saatlarında baş tutub.

Hər iki görüşdə Kim Çen In ölkələr arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafında maraqlı olduğunu qeyd edib. Görüşdə eyni zamanda  strateji dialoqun dərinləşdirilməsi, hər iki ölkənin təhlükəsizliyinin və maraqlarının qorunması məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regional və beynəlxalq vəziyyət müzakirə olunub.

0.017879962921143