ABŞ Maduronun komandasına sanksiya tətbiq etdi
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.
Paralel.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, yeni sanksiya Prezident Nikolas Maduronun komandasından 16 şəxsə şamil edilib.
Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.