Tanzaniya daxili işlər naziri və kəşfiyyat rəhbərləri istefaya çağırıldı
Tanzaniyanın əsas müxalifət partiyası “Çadema”nın lideri Frimen Mbou bir sıra müxalif siyasətçilərin yoxa çıxmasında ittiham etdiyi daxili işlər naziri və təhlükəsizlik xidmətlərinin rəhbərlərini istefaya çağırıb və nümayişlərlə hədələyib.
Paralel.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bu ultimatum sentyabrın 6-da oğurlanan və ertəsi gün ölü tapılan partiya üzvü Əli Mohamed Kibaonun qətlindən sonra verilib.
"Biz hökuməti tədbir görməyə çağırır və bu tələbimizin sentyabrın 21-dək yerinə yetiriləcəyinə ümid edirik”, - siyasətçi bildirib.
O əlavə edib ki, daxili işlər naziri, polis baş müfəttişi, cinayət təhqiqat xidmətinin rəisi və kəşfiyyat rəhbəri istefa verməlidir.
Məlumata görə, 2016-2024-cü illər ərzində 83 nəfər qaçırılıb və ya yoxa çıxıb. Mbou onların yoxa çıxmasının Britaniya polis xidməti tərəfindən araşdırılmasını təklif edib.(Report)