Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm"
Keçmiş məcburi köçkün Vaqif Zeynalov qardaşının şəhid olduğu maşınla ata yurduna gedib.
Paralel.az xəbər verir ki, şəhid Nadir Zeynalovdan ona yadigar qalan maşınla doğulduğu torpağa yollanan Ağdam sakini qardaşının məzarını ziyarət edib və təəssüratlarını Baku TV ilə bölüşüb.
"Oturub xeyli söhbət etdim. Dedim ki, maşınını yadigar olaraq saxlamışam, balalarınındır. Elə bil Nadiri canlı gördüm. Sanki torpağında, evimizdədir", - deyə o söyləyib.
Ətraflı süjetdə: