Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi

Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi
 

Donald Trampın “Truth Social” sosial şəbəkəsinin sahibi olan “Trump Media & Technology Group”un səhmləri kəskin azalıb.

Paralel.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu NASDAQ birjasının məlumatları sübut edir.

Bildirilir ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən debatdan sonra Amerikanın 45-ci prezidentinin şirkətinin qiymətli kağızları 18,4% ucuzlaşıb.

Qeyd edək ki, ötən gün ABŞ-də seçkiöncəsi sabiq Prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında ilk debat keçirilib.

 

0.03732705116272