Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın olub.

Paralel.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 2,5 milyard manata yaxın təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,1 % artaraq 133,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6 % artaraq 100,8 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,2 % artaraq 659,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4 % artaraq 468,4 milyon manat olub.

 

0.062516927719116