İran prezidenti Məsud Pezeşkian ilk xarici ölkə səfərinə çıxıb

İran prezidenti Məsud Pezeşkian ilk xarici ölkə səfərinə çıxıb
 

O İraqa üçgünlük səfərində Kərbəlada da olacaq.

 Paralel.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bu gün  İraqa  üç günlük rəsmi səfərə gedib.

Pezeşkianın  səfəri İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin rəsmi dəvəti əsasında reallaşıb. Bu  səfər prezident seçildikdən sonra Pezeşkianın ilk xarici səfəridir.
Prezidenti yüksək vəzifəli siyasi və iqtisadi rəsmilərdən ibarət nümayəndə heyəti müşayiət edir.
Pezeşkian baş nazir, prezident, parlament və məhkəmə orqanlarının rəhbərləri ilə rəsmi görüşlər, birgə əməkdaşlıq sənədlərinin imzalanması ilə yanaşı, İraqda yaşayan iş adamları və iranlılarla da görüşlər keçirəcək.

Bundan əlavə, o, Bağdada rəsmi səfərlərdən sonra Nəcəf və Kərbəla şəhərlərinə səfər edərək İmam Əli və İmam Hüseynin hərəmlərini ziyarət edəcək.

Mürtəza
Paralel.az

 

0.02634596824646