Bu ölkə də sosial şəbəkələri uşaqlar üçün qadağan edəcək

Bu ölkə də sosial şəbəkələri uşaqlar üçün qadağan edəcək
 

Avstraliya federal hökuməti uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edən qanun hazırlayır.

Paralel.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Baş nazir Entoni Albanese görə, sosial şəbəkələr asılılıq yaradır, zorakılığı, qumar oyunlarını və kibercinayətləri təbliğ edir. O, sosial şəbəkələrin gənclərə təsirini bəla adlandırıb.

Bununla bağlı minimum yaş həddi hələ müəyyən edilməyib. Albanese görə, hökumət instagram və TikTok-dan 14-16 yaşdan kiçik uşaqların istifadəsini qadağan etməyi düşünür. Baş nazir şəxsən isə minimum yaş həddini 16 yaş kimi təyin etməyi üstün tutur.

Hökumət hazırda yaşın yoxlanılması üsullarını sınaqdan keçirir və bunun əsasında minimum yaş həddi barədə qərar verəcək.

Qeyd edək ki, son aylarda Malayziya, Sinqapur və Pakistan hökumətləri də sosial şəbəkələrin təsirini məhdudlaşdıran qanunlar elan ediblər. Bu həftə İsveçin İctimai Səhiyyə Agentliyi iki yaşından kiçik uşaqlar üçün rəqəmsal media və televiziyaya tamamilə qadağa qoyulmasını təklif edib.(axşam.az)

 

0.053269147872925