Çinin idxalı kəskin azalıb: Xammal bazarları üçün gözlənilməz nəticə

Çinin idxalı kəskin azalıb: Xammal bazarları üçün gözlənilməz nəticə
 

 

Avqust ayında Çinin ixracı illik müqayisədə 8,7 faiz artaraq 308,65 milyard dollara çatıb.

Paralel.az xəbər verir ki, bu məlumatı Çin Baş Gömrük İdarəsi açıqlayıb.

Məlumatdan aydın olur ki, Çinin aylıq ixracı 23 ayın ən yüksək göstəricisinə çatmaqla, 2023-cü ilin martından bəri ən böyük artım olub.

Avqust ayında Çinin idxalı iyuldakı 7,2 faizə qarşı cəmi 0,5 faiz artaraq 217,63 milyard dollar təşkil edib.

Trading Economics analitikləri orta hesabla ixracın 6,5 faiz, idxalın isə 2 faiz artacağını proqnozlaşdırmışdılar.

Gömrük statistikasına əsasən ötən ay Çindən Cənubi Koreyaya ixrac 3,4 faiz, Avropa İttifaqı ölkələrinə 13,4 faiz, ABŞ-a 4,9 faiz, ASEAN ölkələrinə isə 8,8 faiz artıb.

Cənubi Koreyadan idxal 13,3 faiz, ASEAN-dan 3,5 faiz, Hindistandan 3,2 faiz, Rusiyadan da 3,2 faiz artıb. Bununla yanaşı, Avropa İttifaqından tədarük 4 faiz, Yaponiyadan 3,8 faiz, Böyük Britaniyadan 2,1 faiz azalıb, ABŞ-dan isə tədarük dəyişməyib.

Çinin xarici ticarət profisiti avqust ayında 91,02 milyard dollara yüksəlib, 2023-cü ilin eyni ayında göstərici 67,81 milyard dollar olmuşdu.

Yanvar-avqust aylarında Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz (2,31 trilyon dollara), idxalı 2,5 faiz (1,71 trilyon dollara qədər) artıb. Xarici ticarətin müsbət saldosu 608,49 milyard dollar təşkil edib.(Musavat.com)

 

0.017844915390015