Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb
 

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bu gün COP29 QHT Koalisiyasının üzvləri ilə “zoom” görüş keçirib, onların suallarını cavablandırıb.

Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumu məlumat yayıb.

Görüşdə COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, UNFCCC-nin Müşahidəçi Təşkilatları ilə iş üzrə koordinator Şəhriyar Hacıyev, COP29 Prezidentliyinin UNFCCC Qərargahındakı (Bonn) milli koordinatoru Toğrul Feyziyev və digər şəxslər də iştirak edib.

Görüşdə suallar cavablandırılıb, məsələlər aydınlaşdırılıb. Xarici QHT-lər COP29 Prezidentliyinin, Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə açıq dialoqunu yüksək qiymətləndiriblər.

COP29 QHT Koalisiyası 2024-cü ilin iyulunda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə təsis olunub, qısa müddətdə Koalisiyaya 60 ölkədən 260 QHT qoşulub. Bu QHT-lərdən 90-ı “UNFCCC Constituency” kateqoriyası üzrədir. Koalisiyada 9 “UNFCCC Constituency”dən 8-i təmsil olunur. Koalisiyada yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar yer alır. Azərbaycandan isə cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur.

Forum analoji görüşlərin davam edəcəyini açıqlayıb.

 

0.028230905532837