Mask: "O seçilərsə, ABŞ-da real seçkilərə son qoyulacaq"
Demokratlar Partiyasının namizədi Kamala Harrisin ABŞ seçkilərində qələbəsi ölkədə “real seçkilərə” son qoyacaq.
Paralel.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində yazıb.
Maskın yazdığına görə, Demokrat Partiyasının ABŞ-da 15 milyon qeyri-qanuni immiqrantı leqallaşdırmaq və ölkəyə daha 10 milyonu cəlb etmək istədiyini yazıb: “Bu, 1986-ci ildə amnistiya (söhbət 1986-cı ildə ABŞ-da qəbul edilmiş İmmiqrasiya İslahatları və Nəzarət Aktı, bu sənəd həmçinin İmmiqrasiya üzrə Amnistiya kimi də tanınır-red) nəticəsində Kaliforniyada baş verdiyi kimi, dərhal digər ştatlarında da baş verəcək. Bu da Amerikanı daimi bir partiyalı dövlətə çevirəcək. Tramp uduzsa, bu, sonuncu real seçkidir”, - Mask yazıb.