Bu təfəkkür İran iqtisadiyyatını məhv etdi - Ayətullah Mohəqqəq Damad
İranda ölkənin idarəedilməsində hakimiyyətdaxili mübarizə getdikcə daha kəskin xarakter almaqdadır. İslahatçıların tərəfdarı olan Ayətullah Mohəqqəq Damad ölkə rəsmilərinin də iştirak etdiyi mötəbər bir toplantıda ölkə iqtisadiyyatında yaranmış mövcud durumu və yürüdülən siyasəti kəskin tənqid edib.
Paralel.az xəbər verir ki, mötəbər toplantıda çıxış edən Ayətullah Mohəqqəq Damadın sözlərinə görə, bu tədbirdə mənimlə və mənim nəzəriyyələrimlə razılaşmayan, müxalif olan insanlar ola bilər. "Onlarla da debata hazıram. Amma deməliyəm, 45 illik təcrübə göstərdi ki, solçu təfəkkür İran iqtisadiyyatını məhv etdi və solçu nəzəriyyə İran iqtisadiyyatına monqollardan daha çox zərbə vurdu". - o qeyd edib.